Husilər Bab əl Məndəb boğazında Səudiyyə Ərəbistanı gəmisini raketlə vurub, 3 nəfər ölüb

11.08.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yəmənin husi qruplaşması Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisinə raket zərbəsi endirib.

Bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində gəminin 3 ekipaj üzvü həlak olub. Onlardan ikisi Pakistan, biri isə İndoneziya vətəndaşıdır.

Yerli hərbi mənbələr gəminin adının “Tihama” olduğunu bildiriblər.

Hadisə Bab əl-Məndəb boğazında gəmiçiliyə qarşı hücumların intensivləşdiyi bir vaxtda baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью