Husilər Ben Qurion aeroportuna və Qırmızı dənizdə ABŞ gəmilərinə zərbə endirdiklərini bildiriblər

22.03.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika təyyarə daşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilər tərəfindən formalaşdırılmış silahlı qüvvələrin bəyanatını dərc edərək bildirib.

“Biz işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion hava limanına “Fələstin-2” hipersəs ballistik raketi ilə hücum etdik. Bütün aviasiya şirkətlərini xəbərdar edirik ki, Ben-Qurion aeroportu hava hərəkəti üçün təhlükəsiz deyil və belə də qalacaq. Hərbi Hava Qüvvələri “USS Harry Truman” Amerika təyyarə daşıyıcısı ilə əlaqəli bir sıra hərbi gəmilərə hücum əməliyyatı həyata keçirib”, – məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью