Husilər bir gündə 3 dəfə ABŞ aviadaşıyıcısına hücum etdi

30.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Husilər son 24 saat ərzində ABŞ-ın “USS Harry Truman” aviadaşıyıcısına üç dəfə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“Silahlı Qüvvələrimiz son 24 saat ərzində Qırmızı dənizdə ABŞ-ın “Harri Truman” aviadaşıyıcısının rəhbərlik etdiyi düşmən hərbi gəmi qrupları ilə üç dəfə toqquşub. Əməliyyata raket qüvvələri, pilotsuz təyyarələr və dəniz qüvvələri cəlb edilib”, - Səriya bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью