Husilər BMT nin 9 əməkdaşını saxlayıb

07.10.2025

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəmənin “Ənsar Allah” hərəkatının yaraqlıları BMT-nin daha 9 əməkdaşını saxlayıblar. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.

“Husilər BMT-nin daha doqquz əməkdaşını saxlayıb. Bununla da 2021-ci ildən bəri özbaşına saxlanılan BMT əməkdaşlarının ümumi sayı 53-ə çatıb”, – o bildirib.

Husilər Yəməndə saxlanılan BMT əməkdaşlarını İsrailin xeyrinə casusluqda ittiham edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью