Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

28.10.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, hava limanında hazırda hərbi yük təyyarəsi var və Yəmən xalqına qarşı istifadə olunması üçün onunla silah daşınır.
“Silahlı qüvvələrimiz Ədən hava limanında olan şəxsləri oranı dərhal boşaltmağa çağırır”, – deyə Səri qeyd edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью