Husilər Ər Riyada ballistik raketlə hücumu etdi

07.10.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası İran tərəfindən dəstəklənən Husi üsyançılarının paytaxt Ər-Riyadın şimalına atdığı ballistik raketi ələ keçirərək məhv etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ərəb Koalisiyasının sözçüsü briqada generalı Turki əl-Maliki yazılı açıqlamasında raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Bu arada, Husilərin Yəmənin cənubundakı Ədən Beynəlxalq Hava Limanını iki ballistik raketlə hədəf aldığı bildirilib.

Ədən Vilayət Polis İdarəsinin “Facebook” hesabında yayımlanan açıqlamada hücumun sərnişinlərin və hava limanı əməkdaşlarının həyatını təhlükəyə atdığı qeyd olunub. İlkin məlumatlara görə, hücum nəticəsində ölən və ya yaralanan olmayıb.

Digər tərəfdən, Yəmən hökuməti Taiz əyalətində Husilərə qarşı hərbi əməliyyata başladığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью