Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən Ər-Riyada doğru buraxılmış qanadlı raketi vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə husilərə qarşı mübarizə aparan hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib.
“Husilər tərəfindən Ər-Riyada doğru buraxılan qanadlı raket ələ keçirilərək məhv edilib”, - o qeyd edib.
Əl-Maliki raketin vurulması nəticəsində hər hansı insan itkisi və ya ziyanın olub-olmadığını açıqlamayıb.