Husilər: Hücumumuz nəticəsində ABŞ hərbi təyyarəsi Ben Quriona eniş edə bilməyib

04.06.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Yəmənin “Ənsar Allah” hərəkatının raket zərbəsi nəticəsində İsrailin Ben Qurion hava limanına enə bilməyib.

APA xəbər verir ki, bu iddia ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Saria çıxış edib.

"Raket qüvvələrimiz hərbi əməliyyat həyata keçirib. Bu zaman onlar Lod hava limanına Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək hücum ediblər", - o, deyib.

Sarianın sözlərinə görə, hava limanına ardıcıl endirilən zərbələr nəticəsində ABŞ hərbi nəqliyyat təyyarəsinin enişinin qarşısı alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью