Husilər İsrail aviabazasına ilk dəfə raket hücumu ediblər

02.05.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəmənin şimalında hakim olan hərbi-siyasi "Ənsar Allah" hərəkatı (husilər) ilk dəfə İsrailin şimalındakı Ramat David hərbi aviabazasına raket hücumu ediblər.

Bu barədə husilərin silahlı qüvvələrinin məlumatında deyilir.

"Biz işğal olunmuş Hayfanın şərqində yerləşən Ramat-David aviabazasına qarşı hərbi əməliyyat həyata keçirdik. Əməliyyat "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirilib və hədəfə çatıb. Düşmənin hava hücumundan müdafiə sistemləri raketi ələ keçirə bilməyib", - məlumatda qeyd olunur./Report

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью