Husilər İsrail MN binasına raketlə hücum ediblər

14.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Yəməndəki "Husilər" hərəkatı İsrail Müdafiə Nazirliyinin Tel-Əvivdəki binasına hipersəs ballistik raketlə hücum etdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat paylaşılıb. 

Bildirilir ki, "Ənsar Allah" hərəkatının silahlı qüvvələrinin Təl-Əvivdə hərbi əməliyyat keçirərək, ölkənin Müdafiə Nazirliyinə “Fələstin-2” hipersəs ballistik raketi ilə zərbə endirib. 

Həmçinin qeyd edilir ki, İsrail müdafiə qüvvələri raketin və zərbənin qarşısını ala bilməyib.

Gülayə Mecid 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью