Husilər İsrail şəhərlərinə kütləvi zərbələr endirdi

17.01.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəməndəki husi üsyançıları İsrailin Tel-Əviv, Aşkelon və Eylat şəhərlərində müəyyən obyektlərə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

O bildirib ki, husi qüvvələri İsrailin cənubundakı Eylat şəhərində yerləşən həyati əhəmiyyətli hədəfləri məhv etmək üçün hərbi əməliyyat keçirib.

Sərianın sözlərinə görə, hücum qanadlı üç raketdən istifadə edilməklə həyata keçirilib.

O, həmçinin qeyd edib ki, üsyançılar 4 PUA-dan istifadə etməklə İsrailin Tel-Əviv və Aşkelondakı hədəflərinə hücum edib,

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью