Husilər İsrailə iki ballistik raket atıblar

18.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Təl-Əvivdəki Ben Qurion hava limanına raket zərbələri endiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriə "Al Masirah" telekanalının efirində açıqlama verib.

Onun sözlərinə görə, hücum zamanı iki ballistik raketdən istifadə olunub:

"Əməliyyat öz məqsədinə çatıb və milyonlarla insanı bomba sığınacaqlarında gizlənməyə məcbur edib. Aeroportda hava əlaqəsi bir saat müddətinə dayandırılıb".

Y.Səriə iddia edib ki, zərbələrdən biri "Fələstin-2" hipersəsli ballistik raketi ilə endirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью