Husilər İsraili PUA ilə vurdu

23.12.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəməndəki Ənsar Allah hərəkatının (husilər) silahlıları İsrailin paytaxtı  Təl-Əvivə və Aşkelon şəhərinə PUA hücumu ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Zərbələr “Jaffa” pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Husilər bütün hədəflərin uğurla vurulduğunu açıqlayıblar.

Qeyd edək ki, daha öncə İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə husilərin Yəməndəki hərbi obyektlərinə hücum əmri verib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью