Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər

07.05.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yəmənin "Ənsar Allah” hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına zərbə endiriblər.

Üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria hərəkatın nəzarətində olan "Al Masirah” televiziya kanalının efirində belə bir bəyanatla çıxış edib.

"Dron ordusu iki hərbi əməliyyat həyata keçirib, birinci əməliyyat zamanı Umm ər-Raşraş (Eylatın ərəb adı – red.) bölgəsində sionist düşmənə məxsus Ramon hava limanına iki dronla hücum edilib”, – o bildirib.

/report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью