Husilər İsrailin daha bir bazasını vurdu

11.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Husilər İsrailin Yaffa şəhəri yaxınlığında yerləşən hərbi bazaya raket zərbələri endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya məlumat yayıb.

Məlumata görə, zərbə “Fələstin 2” hipersəs ballistik raketi ilə endirilib və nəticədə bazada yanğın baş verib.

Qeyd edək ki, bir neçə gün öncə də husilər İsrailin Nevatim hərbi bazasına da “Fələstin 2” raketi ilə zərbə endirdiklərini açıqlamışdılar.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью