Husilər İsrailin “Orot Rabin” elektrik stansiyasına zərbə endirdi

05.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hipersəs raketindən istifadə edərək İsrailin şimal-qərbində yerləşən Orot Rabin elektrik stansiyasına zərbə endiriblər.
Bizim.Media xəbər verir ki, bunu üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya husilərin nəzarətində olan "Əl Məsirə" telekanalının efirində bildirib.
O, qeyd edib ki, “Orot Rabin” elektrik stansiyasına “Fələstin 2” hipersəsli ballistik raketi ilə hücum edilib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью