Husilər İtaliyaya məxsus qırıcını VURDU

18.09.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Husilərin Taifdəki Kral Fəhd adına hərbi hava bazasına hücumu zamanı İtaliya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Eurofighter F-2000 Typhoon" qırıcısı vurulub. 
Bizim.Media xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. 
İtaliyanın müdafiə naziri Quido Krosetto təyyarənin bazanın ucqar bir ərazisində olduğunu, buna görə də digər obyektlərə zərər dəymədiyini bildirib.
 

İtaliya kontingenti bu hərbi bazada İŞİD-ə qarşı yaradılmış beynəlxalq koalisiyanın "Inherent Resolve" əməliyyatı çərçivəsində yerləşdirilib. Taifdəki hərbi hava bazası bundan əvvəl də dəfələrlə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hücum hədəfinə çevrilib.


Husilər bu obyektin Yəmənə zərbələr endirmək üçün istifadə olunduğunu iddia ediblər. Onlar hücumlar zamanı raket və dronlardan istifadə etdiklərini bildiriblər.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью