Husilər PUAlarla TəlƏviv və Aşkelonu vurub

17.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsraildə Təl-Əvivin Yaffa bölgəsində və Aşkelon şəhərindəki hədəflərə zərbələr endirib.

APA xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.

“Hava qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Yaffa və Aşkelon bölgələrində İsrail düşməninin bir sıra hərbi və mühüm obyektlərinə zərbələr endirərək hərbi əməliyyat keçirib”, - üsyançılara aid “Telegram” kanalında yayılan bəyanatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью