Husilər PUAlarla TəlƏviv və Aşkelonu vurub

17.11.2024

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsraildə Təl-Əvivin Yaffa bölgəsində və Aşkelon şəhərindəki hədəflərə zərbələr endirib.

Bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.

“Hava qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Yaffa və Aşkelon bölgələrində İsrail düşməninin bir sıra hərbi və mühüm obyektlərinə zərbələr endirərək hərbi əməliyyat keçirib”, - üsyançılara aid “Telegram” kanalında yayılan bəyanatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью