Husilər Qırmızı dənizdə ABŞ ın təyyarədaşıyan gəmisinə yeni zərbə vurublar

18.03.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yəmənin Ənsar Allah qiyamçı hərəkatının husiləri ABŞ-ın Yəmənə endirdiyi zərbələrə cavab olaraq 48 saat ərzində Qırmızı dənizdə ABŞ-ın USS Harry Truman təyyarə gəmisinə üçüncü zərbə endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya öz Telegram kanalında məlumat verib.

Hücumun iki qanadlı raket və iki pilotsuz uçuş aparatının köməyi ilə həyata keçirildiyi qeyd edilir. Bundan əlavə, husilər qanadlı raket və dörd PUA ilə ABŞ-ın esminesini vurublar.

Saria martın 16-da bildirib ki, USS Harry Truman və onu müşayiət edən gəmilər 18 ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçan aparatdan istifadə edilərək hücuma məruz qalıb. O, husilərin Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi gəmilərinə hücumlarını davam etdirəcəklərini və İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədər Bab əl-Məndeb boğazından İsrailin kommersiya gəmilərinə mane olacağını bildirib.

Martın 15-də ABŞ Silahlı Qüvvələri prezident Donald Trampın göstərişi ilə Yəməndə husilərin nəzarəti altında olan ərazilərə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью