Husilər Qırmızı dənizdəki arxipelaqı tutdular

14.09.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Husilər Cənubi Qırmızı dənizdəki əlavə bir neçə adanı da ələ keçiriblər. 

Bununla da ticarət yolları üzərində nəzarəti dərinləşdiriblər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Yəmənin qanuni hökumətindən “Associated Pess”-ə məlumat vüeriblər. Üsyançılar Bab əl-Məndəbdən təxminən 160 kilometr şimalda yerləşən Böyük Haniş və Kiçik Haniş adalarında da mövqe tutublar. 

Rəsmilər adaların ələ keçirilməsinin yüzlərlə insanın arxipelaqdan geri çəkilməsindən sonra mümkün olduğunu bildiriblər.  

Səudiyyə Ərəbistanının “Şərq-Qərb” boru kəmərinin bağlandığını elan etməsindən sonra “Ər-Riyad hələ də zərərin miqyası barədə məlumat verməyib. Boru kəmərinin nə qədər müddətə istifadəsiz qalacağı da məlum deyil. 

Səudiyyə Ərəbistanı İraqı boru kəmərinə zərbə endirən dronları atmaqda ittiham etsə də, rəsmi Bağdad bu iddiaları təkzib edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью