Husilər "Saudi Aramko"ya zərbələr endirdi

08.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının cənubunda, Abqaiqdə “Saudi Aramko” neft şirkətinə məxsus obyektlərə zərbələr endiriblər.

Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“Əməliyyat Abqaiqdəki “Aramko” obyektlərini hədəfə alıb və zərbə birbaşa olub. Obyektlərdə yanğın baş verib", - deyə o bildirib.

Bundan əlavə, Səriyanın sözlərinə görə, Səudiyyə paytaxtının maliyyə mərkəzinə, eləcə də Yəmənin Əl-Cəvf, Marib və Lahc əyalətlərindəki Səudiyyə koalisiya qüvvələrinə zərbələr endirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью