Husilər Saudi Aramco nun zavodlarını vurdu

07.11.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri bildirib.

“Yəmən Silahlı Qüvvələri (Husilər öz qüvvələrini belə adlandırırlar – red) çox sayda ballistik və kruiz raketləri, eləcə də pilotsuz uçuş aparatları ilə altı hərbi əməliyyat keçirib”, - deyə açıqlamada bildirilir.

Üsyançılarım sözçüsü qeyd edib ki, əsas hədəflər Kral Xalid Beynəlxalq Hava Limanı, eləcə də Ər-Riyaddakı Saudi Aramco neft çənləri və avadanlıqları olub. İkinci və üçüncü əməliyyatlar zamanı Husilər Xurays neft yatağının yaxınlığındakı şirkət obyektlərinə və Səudiyyə Ərəbistanının mərkəzindəki Əd-Davadimi şəhərindəki nasos stansiyasına hücum ediblər.

Səri həmçinin iddia edib ki, üsyançılar krallığın cənubundakı Nəcranda Səudiyyə Ərəbistanı Milli Qvardiyasının düşərgəsinə hücum ediblər. Yəmənin şərqindəki Əl-Cəvf əyalətində və Mərib əyalətində Səudiyyə Ərəbistanı qoşunlarının cəmləşdiyi ərazilərə də hücum edilib. Hərəkatın sözçüsünün sözlərinə görə, bu əməliyyatlar nəticəsində qarşı tərəf çoxsaylı itki verib.(Teleqraf)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью