Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı ilə Səudiyyə Ərəbistanı arasında siyasi və diplomatik prosesdə hər hansı irəliləyiş əldə olunmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Xuzam əl-Əsəd TASS-a açıqlamasında bildirib. O, Omanın vasitəçiliyi ilə Yəməndə iki həftəlik atəşkəsin mümkün müzakirə olunması barədə yayılan məlumatları da şərh edib.
Əl-Əsədin sözlərinə görə, siyasi və diplomatik proseslə bağlı yeni heç bir məlumat yoxdur. O, Səudiyyə Ərəbistanı hakimiyyətini Omanın vasitəçiliyi və BMT-nin himayəsi altında əvvəlcədən razılaşdırılmış yol xəritəsi çərçivəsində götürdüyü öhdəliklərdən yayınmaqda ittiham edib.
Qeyd edək ki, sentyabrın 17-də “Əl-Mayadeen” telekanalı yüksək vəzifəli mənbəyə istinadən Səudiyyə Ərəbistanının Omandan Husilərə iki həftəlik atəşkəs təklifi ilə müraciət etməsini xahiş etdiyini bildirib.
Məlumata görə, atəşkəs müddətində Yəməndəki humanitar vəziyyətin həlli yollarının müzakirə edilməsi nəzərdə tutulur.