Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

18.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri son 24 saat ərzində Yəmənə 37 hava zərbəsi endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının sözçüsü Yəhya Səria məlumat verib.

Onun sözlərinə görə, hücumlarda Xamis Muşayt şəhəri yaxınlığında yerləşən F-15 qırıcılarından istifadə olunub. Zərbələrin Taiz və Həccah əyalətlərindəki hədəflərə endirildiyi, nəticədə mülki şəxslər arasında ölən və yaralananların olduğu iddia edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью