Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, husilər Səudiyyə Ərəbistanının Əbha, Xamis Muşayt, Cizan və Nəcran şəhərlərindəki mülki və iqtisadi obyektləri hədəf alıb.
Husi və İran mediası da Səudiyyə Ərəbistanında hədəflərə, xüsusən də Abha Beynəlxalq Hava Limanı, Kral Xalid Hava Bazası, Abha və Cizandakı Aramco neft şirkətinin obyektlərinə zərbələr endirildiyi barədə məlumat yayıb.
Qeyd edək ki, husilər bir gün əvvəl Ər-Riyadı Yəmən ərazisinə zərbələr endirməkdə günahlandırıblar. Hüsilərin məlumatına görə, Əl-Cəvf əyalətindəki həbsxananın atəşə tutulması nəticəsində bir uşaq da daxil olmaqla ən azı 11 nəfər həlak olub. Daha 20 məhbus dağıntılar altında qalıb.
Mürtəza