Husilər Səudiyyə Ərəbistanına raket yağdırdı

13.09.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəməndəki İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanının cənubundakı Şərur şəhərində yerləşən hərbi bazaya ballistik raket və dronlarla hücum etdiklərini iddia ediblər.

Turkustan.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri sosial media hesabında yaydığı açıqlamada Şərur şəhərindəki hərbi bazanın hədəf alındığını bildirib. Onun sözlərinə görə, sözügedən baza husilərə qarşı hücumların həyata keçirilməsi üçün istifadə olunur.

Seri silah anbarlarının, eləcə də komandanlıq və idarəetmə mərkəzinin çoxsaylı ballistik raket və dronlarla vurulduğunu iddia edib.

Husilərin hərbi sözçüsü Səudiyyə Ərəbistanına qarşı hücumları ölkənin daxili ərazilərinə doğru genişləndirəcəkləri və gücləndirəcəkləri barədə də xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью