Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının Əbuqeyq şəhərində "Saudi Aramco" şirkətinə məxsus obyektlərə zərbə endirdiklərini açıqlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə TASS-a istinadən hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.
Bundan başqa, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Ər-Riyadda da "Saudi Aramco"ya məxsus obyektlərin hücuma məruz qaldığını bildirib.
Qeyd edək ki, husilər ötən gün Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanını və "Saudi Aramco" obyektlərini, eləcə də ölkənin digər ərazilərindəki bir sıra hədəfləri vurduqlarını iddia etmişdilər.