Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu fikir Husilərin Siyasi Bürosunun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəmənin Hudeyda əyalətinə hava zərbələri endirməsi ilə bağlı yaydığı bəyanatda əksini tapıb.
Səudiyyə Ərəbistanının Hudeyda şəhərində və Qamaran adasında mülki obyektləri hədəf aldığı iddia edilən bəyanatda deyilir ki, bu hücumlar cəzasız qalmayacaq. "Blokadalar blokadalarla, limanlarla limanlar və gərginliklə qarşılanacaq",-açıqlamda deyilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəmənin Hudeyda əyalətindəki bəzi Husi hədəflərinə zərbə endirdiyini, lakin Hudeyda limanını hədəf almadığını açıqlayıb.
Mürtəza