Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Zərər qiymətləndirilir və zərərçəkənlərə lazımi tibbi yardım göstərilir”
Səudiyyə Ərəbistanı Energetika Nazirliyi çərşənbə axşamı səhəri krallığın cənub bölgəsindəki bir neçə enerji obyektinə və qurğusuna hücum edildiyini və itkilərə səbəb olduğunu açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hücumlar Yəmən husiləri tərəfindən həyata keçirilib.
“X” sosial media platformasında dərc olunan açıqlamada hücumların bir neçə obyektdə yanğınlara səbəb olduğu və bəzi əməliyyatların müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Hakimiyyət orqanları obyektlərin təhlükəsizliyini, personalı və əməliyyatın davamlılığını təmin edir.
Məlumatda əlavə edilib ki, “zərər qiymətləndirilir və zərərçəkənlərə lazımi tibbi yardım göstərilir”.