Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri “Al Masirah” telekanalına bildirib.
Onun sözlərinə görə, iki hücum zamanı ümumilikdə 5 PUA-dan istifadə olunub. Hücumların hədəfi Ər-Riyadın qərbində yerləşən neft kəmərinin 8 və 9 nömrəli nasos stansiyaları olub.
Qeyd edək ki, “Şərq-Qərb” neft kəməri Səudiyyə Ərəbistanının şərqindəki neft yataqlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirir. Hücumların nəticələri və mümkün dağıntılar barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında silahlı münaqişə 2014-cü ildən davam edir.