Husilər Səudiyyə Ərəbistanının neft zavoduna PUA ilə zərbə endirdilər

09.08.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının Cizan şəhərində “Saudi Aramco” şirkətinə məxsus neft emalı zavoduna PUA ilə zərbə endirdiklərini açıqlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi məlumat yayıb.

“Yəmən Silahlı Qüvvələri Cizandakı “Aramco” neft emalı zavoduna PUA ilə zərbə endirib. Zərbə dəqiq olub”, - açıqlamada bildirilib.

Husilər hücumun Səudiyyə Ərəbistanının Səada və Həccə əyalətlərinin hava məkanını PUA-larla pozmasına cavab olduğunu iddia ediblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi avqustun 9-da Cizandakı “Saudi Aramco” obyektlərindən birində yanğın baş verdiyini açıqlayıb. Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb. Nazirlik yanğının səbəbini açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью