Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub

03.07.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yəmənin qiyamçı hərəkatı “Ənsarallah” (Husilər) Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinə qarşı hava hücumundan müdafiə raketlərindən istifadə etdiyini açıqlayıb.

Bu barədə hərəkatın Teleqram kanalında məlumat verilib.

Bu gün səhər saatlarında Səudiyyə Ərəbistanına məxsus qırıcılar Yəmənin hava məkanını pozaraq 200-dən çox yaralı və xəstə vətəndaşı daşıyan İran mülki təyyarəsinin Səna Beynəlxalq Hava Limanına enməsinin qarşısını almağa cəhd göstəriblər.

Məlumata görə, husilər bu cəhdə cavab olaraq bir neçə hava hücumundan müdafiə raketi buraxıb və Səudiyyə qırıcılarını Yəmənin hava məkanını tərk etməyə məcbur edib.

Səudiyyə Ərəbistanı tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью