Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl Məndəbi tərk etdi Ədən TƏHLÜKƏDƏ KONKRET

15.11.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəmənin hökumətyönlü qüvvələri strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazına bitişik ərazilərdən geri çəkilərək ölkənin beynəlxalq səviyyədə tanınmış hakimiyyətinin paytaxtı olan Ədənə doğru yenidən qruplaşdıqlarını elan ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.

“Cənub Silahlı Qüvvələri”nin yaydığı bəyanatda bildirilir ki, Dubab hava limanı və Taiz əyalətinin qərbində yerləşən Bab əl-Məndəb boğazı zonasından qüvvələrin çıxarılması əməliyyatına başlanılıb.

Bu addım paytaxt Ədənin və qonşu əyalətlərin müdafiəsini təmin etmək, cəbhə xəttini gücləndirmək və mövcud təhdidlərə cavab vermək məqsədi daşıyır.

Hökumət qüvvələri əmin ediblər ki, qoşunların yenidən dislokasiyası həm də Yəmənin üçüncü böyük şəhəri olan Taizin husilər tərəfindən tətbiq edilən mühasirəsini yarmağa kömək edəcək. Köçürülmə prosesi Yəmən hökumətinin müttəfiqi olan ərəb koalisiyasının dəstəyi ilə həyata keçirilir.

“Al Jazeera” telekanalının məlumatına görə, bu geri çəkilmə Ədənə şimal və qərb qapısı sayılan Lahıc əyalətində husilərin hökumət mövqelərinə təzyiqlərinin artması fonunda baş verir.

Husilərin nəzarətində olan “Saba” agentliyi isə hərbi mənbəyə istinadən iddia edir ki, hökumətyönlü birləşmələr şiddətli toqquşmalardan və itkilər verdikdən sonra arxa mövqelərini tərk edərək Ədən istiqamətində geri çəkilməyə məcbur olublar.

Xatırladaq ki, payız aylarında husilər hücum əməliyyatı keçirərək Yəmənin Qırmızı dəniz sahillərini və Bab əl-Məndəb boğazını ələ keçirib. Oktyabrın 4-də isə beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələri itirilmiş əraziləri geri qaytarmaq məqsədilə husilərə qarşı əks-hücum əməliyyatına başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью