Husilər Təl Əviv səfirliyinə gələcək hücumlarla bağlı xəbərdarlıq ediblər

11.06.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Yəmənin Ənsarullah Hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşhət Təl-Əvivdə səfirlikləri olan dövlətləri diplomatik nümayəndəliklərini daha təhlükəsiz yerə köçürməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Əl-Məşhət bu çağırışı Husilər üçün hədəf ola biləcək Təl-Əvivin Yaffa bölgəsində yerləşən səfirliklərin riski ilə əlaqələndirib. O, İsrail hökumətini səfirliklərin təhlükəsizliyini təmin etmək üçün onların köçürülməsini təmin etməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью