Husilər TəlƏviv yaxınlığındakı hərbi obyekti hipersəs raketi ilə VURDU

24.12.2024

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri Təl-Əviv yaxınlığındakı hərbi obyektə raket zərbəsi endirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri Fələstin-2 tipli hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində İsrailin hərbi hədəfinə zərbə endirib. ”, - hərəkatın nümayəndəsi "Al Masirah" telekanalının husilərə aid efirdə bildirib.

T.İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью