Husilər TəlƏvivdə hipersonik raketlə İsrail hərbi bazasını vurduğunu bildirib

21.12.2024

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər İsrailin Tel-Əviv yaxınlığındakı hərbi obyektinə hipersonik ballistik raketlə hücum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən Silahlı Qüvvələrinin Raket Qüvvələri “Fələstin 2” hipersonik ballistik raketi ilə işğal altındakı Yaffa bölgəsində İsrailin düşmən hərbi hədəfinə hücum edib və hədəfi dəqiqliklə vurub. Hava hücumundan müdafiə sistemləri onun qarşısını ala bilməyib”, - deyə Husilərə məxsus "Əl Məsirə" telekanalı tərəfindən yayımlayan xəbərdə Ənsar Allah nümayəndəsi bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью