Husilər TəlƏvivə hipersəs raketlə zərbə endirdilər

01.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər hipersəs raketi ilə İsrailin paytaxtı Təl-Əvivin Yaffo bölgəsinə zərbə endiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Sariya husilərə məxsus "Al Masirah" telekanalında bildirib.
Qeyd olunub ki, zərbə "Fələstin-2" hipersəs raketi ilə endirilib.
"Ənsar Allah" nümayəndəsinin sözlərinə görə, raket müəyyən olunan hədəfi vurub. O qeyd edib ki, İsrailin Qəzza zolağında davam edən cinayətləri fonunda husilər raket və dronlardan istifadə edərək zərbələri artıracaqlar.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью