Husilər TəlƏvivi ballistik raketlərlə vurdu

19.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Təl-Əviv bölgəsində İsrail hərbi obyektlərinə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə “Əl Məsirə” telekanalı məlumat yayıb. 

Məlumata görə, Təl-Əvivdəki hədəf Yəmən silahlı qüvvələrinin raket qüvvələri tərəfindən hücuma məruz qalıb. Mənbənin məlumatına görə, zərbə iki Fələstin-2 hipersəs ballistik raketi ilə endirilib. Nəticədə iki mühüm hərbi obyekt vurulub.

Bildirilir ki, Təl-Əvivə raket zərbəsi İsrailin Yəmənə hücumu ilə eyni vaxtda həyata keçirilib.

Gülayə Mecid


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью