Husilər TəlƏvivin yaxınlığında elektrik stansiyasını raketlə vurduqlarını açıqlayıblar

03.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Tel-Əviv yaxınlığında yerləşən İsrail elektrik stansiyasına hipersonik ballistik raketlə hücum edib.

APA xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

“Yəmən silahlı qüvvələrinin artilleriya birləşmələri Yaffanın şərqində yerləşən İsrailə məxsus elektrik stansiyasına hücum etmək üçün “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Raket hədəfi dəqiqliklə vurub”, - deyə Səriyanın “əl-Məsira” telekanalı tərəfindən yayımlanan videosunda deyilir.

Sariya həmçinin husilərin Təl-Əviv ərazisindəki hərbi obyektə pilotsuz təyyarə ilə zərbə endirildiyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью