Husilər Türkiyə gəmisinə hücum etdi

19.11.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda yerləşən “Oras Shipping” şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” yük gəmisi Ədən körfəzində iki dəfə husilərin raket hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Bildirilib ki, ilk hücum noyabrın 17-də, ikinci isə noyabrın 18-də baş verib.

Hücumlar zamanı gəmi zərər görməyib, xəsarət alan olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью