Husilər Türkiyə gəmisinə raket zərbəsi endirdi

21.11.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Türkiyə şirkətinə məxsus quru yük gəmisi Yəmən sahillərində husilər tərəfindən raket hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Panama bayraqlı, “Anadolu S” adlı yük gəmisinə husilər raket zərbəsi endirib.

Rəsmi Ankara hücumu pisləyib. Oxşar hadisənin bir daha təkrarlanmaması üçün lazımi addımların atılacağı qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью