Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə 13 mülki şəxs yaralanıb, 7 ev və 2 nəqliyyat vasitəsi zərər görüb.
Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Turki əl-Maliki bildirib ki, husilər ölkədə mülki şəxslərə və infrastruktura hücumlarını davam etdirirlər.
Onun sözlərinə görə, Xamis Muşayt, Əbha və Taif şəhərlərinə endirilən raket və dron zərbələri nəticəsində 13 nəfər yaralanıb, 7 ev və 2 avtomobilə ziyan dəyib.
Maliki qeyd edib ki, Koalisiya Qüvvələri husilərin hücumlarının qarşısını almaq və onları zərərsizləşdirmək üçün bütün zəruri əməliyyat tədbirlərini görəcək.
Aytən Yaşar/ Turkustan.az