“Husilər və İrandakı dəstəkçiləri əsl ağrını hələ də dadmayıblar”

01.04.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

“Husilər hərəkatının hücumları dayanmasa, Vaşinqton İran tərəfindən dəstəklənən husilərin mövqelərinə hücumları davam etdirəcək”.

Missiya.Az xəbər verir  ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə hesabında məlumat yayıb.

“Həm husilər, həm də onların İrandakı dəstəkçiləri üçün əsl ağrı hələ qarşıdadır. Husilər Amerika gəmilərinə atəş açmağı dayandırsa, biz də onlara hücumu dayandıracağıq”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, həm husilər həm də onların İrandakı dəstəkçiləri əsl ağrını hələ də dadmayıblar.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью