Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Həm husilər, həm də onların İrandakı dəstəkçiləri üçün əsl ağrı hələ qarşıdadır".
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp qeyd edib ki, “Ənsarullah” (husilər) hərəkatının hücumları dayanmasa, Vaşinqton İran tərəfindən dəstəklənən husilərin mövqelərinə hücumları davam etdirəcək.
"Husilərin seçimi aydındır, Amerika gəmilərinə atəş açmağı dayandırsanız, biz də hücumu dayandıracağıq”, -deyə o, bildirib.
"AzPolitika.info"