Husilər Yəməndə BMT nin bir neçə əməkdaşını saxlayıblar Xəbər saytı Son xəbərlər və Hadisələr

24.01.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husi üsyançıları ölkədə BMT-nin bir neçə əməkdaşını saxlayıb.

"Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti rəhbərinin müavini Fərhan Haq brifinqdə məlumat verib.

"Sənanın de-fakto hakimiyyəti nəzarət etdikləri ərazidə BMT əməkdaşlarını saxlayıb. Buna cavab olaraq, biz faktiki hakimiyyətin nəzarəti altında olan ərazilərdə bütün rəsmi hərəkətləri dayandırdıq. Bu qərar növbəti bəyanata qədər qüvvədə qalacaq", -o bildirib.

Qeyd edək ki, BMT Baş katibinin ofisi iyunun əvvəlində təşkilat sistemində çalışan 11 Yəmən vətəndaşının saxlandığını elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью