Husilər Yəməndə iki rayon üzərində nəzarəti ələ keçirdiklərini elan ediblər

06.10.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Düşmən qüvvələr Taiz əyalətinin Əl-Maafir və Əl-Mavasit rayonlarından qovuldular”

Yəmənin şimalına hakim olan hərbi-siyasi hərəkat "Ənsar Allah" (Husilər) Yəmənin cənub-qərbindəki Taiz əyalətində iki rayon üzərində nəzarəti ələ keçirdiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Əl-Məsirə" məlumat yayıb.

Husilər həmçinin Prezident Liderlik Şurasının rəhbəri Rəşad əl-Əliminin keçmiş iqamətgahını da ələ keçiriblər.

Husilər “düşmən qüvvələrini Taiz əyalətinin Əl-Maafir və Əl-Mavasit rayonlarından qovduqlarını” bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью