Icma.az bildirir, 525.az portalına istinadən.
Husilər Yəmənin qərbindəki Əl-Muha limanına və ətraf ərazilərə raket və dronlarla hücum edib.
525.az Yəmən mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində 7 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bildirilib ki, Husilər Əl-Muhadakı Hodeyda valisi Həsən Əli Tahirin iqamətgahını ballistik raketlə hədəfə alıblar. Tahirin hücumdan sağ çıxdığı bildirilsə də, onun həmin vaxt iqamətgahında olub-olmadığı barədə məlumat verilməyib.
Sosial mediada paylaşılan görüntülərdə Əl-Muha limanı ətrafında ardıcıl partlayışlar və ərazidən qalxan qatı tüstü görünür.
İbrahim Cəfərov