Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatı ölkənin müvəqqəti paytaxtı olan Ədən şəhərindəki Əl-Məşik prezident sarayına hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan SABA xəbər agentliyi məlumat yayıb.
Hərbi mənbə agentliyə bildirib ki, Əl-Məşik Sarayında səudiyyəli zabitlər tərəfindən idarə olunan əməliyyat mərkəzi, eləcə də onlara məxsus silah anbarları hədəf alınıb.
Öz növbəsində, Səudiyyə Ərəbistanının " Əl-Ərəbiyyə" televiziya kanalı saraya raket zərbəsi endirildiyini və şəhərdə partlayış səslərinin eşidildiyini bildirib.