Husilər Yəməndəki Moha limanına hücum edib

15.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Hücum nəticəsində təhlükəsizlik xidmətinin ən azı bir əməkdaşı həlak olub.

Bildirilib ki, husilər limana altı ballistik raket atıblar.

Nəticədə səkkiz nəfər yaralanıb, iki dəniz piyadası isə itkin düşüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью